SON XƏBƏRLƏR

İranda Əfqanıstan vətəndaşlarına qarşı təzyiqlər davam edir

2022.04.19, 13:37
İranda Əfqanıstan vətəndaşlarına qarşı təzyiqlər davam edir

Gunaz.tv

Məsələ ilə bağlı paylaşım edən sosial media fəalları əfqanistanlıların Arşaqda quşçuluq müəssisəsində işlədiklərini, sənədlərinin qaydasında olduğunu və həbs zamanı ağır şəkildə döyülərək qandallandıqlarını yazıblar.

Qeyd edək ki, son bir neçə həftə ərzində İranın müxtəlif şəhərlərində Əfqanistan qaçqınlarına qarşı zorakılıq edilir, onlar polis və İran İnqilab keşikçiləri Korpusunun əməkdaşları tərəfindən həbs olunur və döyülür.

Bir neçə gün öncə İran hökumət məmurlarının bu hərəkətlərinə etiraz olaraq İranın kabildəki səfirliyi və Heratdakı konslluğu qarşısında aksiyalar keçirilib.

Heratda yerləşən İran konsulluğunun giriş qapısı etirazçılar tərəfindən yandırılıb, Kabildəki səfirlik isə işini dayandırıb. 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar