SON XƏBƏRLƏR

İranda gözlərindən xəsarət alan isfahanlı əkinçilərə dəstək kampaniyası böyüyür - FOTOLAR

2021.12.01, 16:59
İranda gözlərindən xəsarət alan isfahanlı əkinçilərə dəstək kampaniyası böyüyür - FOTOLAR

Gunaz.tv


Sosial şəbəkələrdə yayılan məlumatlara əsasən, noyabrın 29-dan başlanan “Bağlı gözlər” adlı dəstək kampaniyasına adi vətəndaşlarla yanaşı, artıq tanınmış simalar, o cümlədən də kino rejissorları, aktyorlar, incəsənət xadimləri, həkimlər, jurnalistlər və digər ziyalılar da qoşulub.

Yayılan məlumata görə, tanınmış kinorejissorlar Babək Qafuri Azər, Məhəmmədəli Talibi və Məhnaz Məhəmmədi, aktrisalar Pərəstu Salehi və Məryəm Bubani, 2019-cu ildə benzinin bahalaşmasına qarşı keçirilən dinc etirazlarda repressive və qəddar rejim tərəfindən qətlə yetirilən aksiyacçıların anaları və yüzlərlə sosial şəbəkə istifadəçisi gözləri bağlı şəkillərini yayaraq, isfahanlı fermerlərə dəstək veriblər.

Bildirilir ki, dəstək kampaniyasına qoşulanlar social şəbəkələrdə “İsfahan tək deyil” haştaqı ilə rejimin İsfahanda yoxsul və məzlum əkinçilərə qarşı repressiyalarını pisləyərək, hər zaman isfahanlı etirazçıların yanında olacaqlarını bildiriblər. 

Xatırladaq ki, noyabrın 26-da və sonrakı günlərdə İranın İsfahan şəhərində əkinçilərin susuzluğa görə rejimə qarşı keçirdiyi dinc etirazlarda ən azı 214 nəfər həbs edilib, 3 əkinçi başından aldığı polis dəyənəyi zərbəsindən həyatını itirib.

Həmçinin repressiv polis, “Bəsic” qüvvələrinin yaxın məsafədən etirazçı fermerlərə saçma tüfənglərdən açdığı atəş nəticəsində ən azı 30 nəfər gözündən xəsarət alıb, bəziləri isə bir və ya hər iki gözdən kor olublar. İki gözdən kor olanlardan biri isə 15 yaşlı bir yeniyetmədir.

caab0000-0aff-0242-dd0e-08d9b4b1da13_w1023_r1_s.jpg

Image

gun az article

تصویر

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar