SON XƏBƏRLƏR

İranda hökumətə yaxın media fəalları həbs edilib

2022.06.17, 04:32
İranda hökumətə yaxın media fəalları həbs edilib

Gunaz.tv

Bu barədə SEPAH-ın teleqram kanalı məlumat yayıb və saxlanılanları gizli, yalan məlumatlar yaymaqla hakimiyyət rəsmiləri arasında ixtilaf salmağa cəhd etdiklərini bildirib.

Məlumatda saxlanılanların kimliyi barədə məlumat verilmir.

Lakin bir sıra media orqanları onlardan birinin hakimiyyətin mühafizəkar qanadı və “SEPAH” media orqanlarından birinin məsulu Əli Qolhəki olduğunu yazıb.

Həbs xəbərindən sonra İran parlamentinin üzvü Malik Şəriəti tvitter hesabında paylaşım edərək SEPAH-a təşəkkür edib və saxlanılanların təhlükəli dairə olduqlarını bildirib.

Həbs edilən Əli Qolhəki mühafizəkar qanada bağlı olmasına baxmayaraq İbrahim Rəisinin tənqidçilərindən biri olub, bundan öncə onun hakimiyyətin hər tərəfli dəstəyi ilə prezident təyin olunduğunu yazıb.

Bir sıra media orqanları Əli Qolhəkini “media zabiti” adlandırır və İran təhlükəsizlik qurumuna bağlı olan media fəalını hakimiyyət rəsmiləri arasında olan ixtilafları bilərəkdən və İran parlamentinin başçısı Məhəmmədbaqir Qalibafın xeyrinə yaydığını bildirirlər.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar