SON XƏBƏRLƏR

İranda cinsi azlıqların hüquq müdafiəçisi insan alverinə görə həbs edilib

2022.07.19, 06:58
İranda cinsi azlıqların hüquq müdafiəçisi insan alverinə görə həbs edilib

Gunaz.tv

İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat bölməsi məsələ ilə bağlı yaydığı məlumatda "Sarə" adı ilə tanınan Zahra Sədiqi insan alveri ilə məşğul olan ən böyük qanunsuz şəbəkənin başçısı kimi təqdim edib.

Məlumatda Zəhra Sədiqinin başçılıq etdiyi insan alveri şəbəkəsinin ən azı 1000 iranlı qızı Ərbil şəhərinə apardığı iddia olunur.

Bundan öncə fevral ayında Beynəlxalq Əfv Təşkilatı həbs edilən Zəhra Sədiqinin həyatının təhlükədə olduğu və onun edam ediləcəyi ehtimalı barədə bəyanat yaymışdı.

27 oktyabr 2021-ci ildə Zəhra Sədiqi İrandan Türkiyəyə keçmək istədiyi zaman İnqilab Keşikçiləri Korpusunun kəşfiyyat bölməsinin əməkdaşları tərəfindən saxlanılmışdı.

O, "yer üzündə fəsad yaymaq"da ittiham olunaraq, iki azyaşlı uşağının əlindən alınacağı və özünün edam ediləcəyi ilə təhdid edilmişdi. 

Zəhra Sədiqinin ağır ittihamlarla üzləşdiyi halda niyə sərbəst buraxıldığı və yenidən həbe edildiyi barədə açıqlama verilməyib.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar