SON XƏBƏRLƏR

İranda işçilərin intiharı davam edir

2022.08.08, 07:35
İranda işçilərin intiharı davam edir

Gunaz.tv

İlam əyalətinin Çavar şəhərinin neft-kimiya zavodunda çalışan 32 yaşlı Məhəmməd Mənsuri qanunsuz olaraq işdən qovulmasına etiraz olaraq özünü öldürüb.

Sosial media fəallarının yaydığı məlumata görə, işdən çıxarılan Mənsuri intihardan öncə məişət problemlərinin çoxaldığı, inflyasiya və bahalığın şidətləndiyi vaxtda işdən çıxarılmasının ölümə bərabər olduğunu deyib.

Fəallar intihar edən işçinin 2 uşağının olduğunu və bundan öncə neft-kimiya zavodunda heç bir iş müqaviləsinolmadan günəmuzd işlədildiyini yazıblar.

Son aylar inflyasiyanın artması və insanların alıcılıq qabiliyyətinin azalması, eləcə də işsizlik səviyyəsinin artması ilə ölkədə intiharların sayı artıb. 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar