SON XƏBƏRLƏR

İranda işçilərin ümumölkə etiraz aksiyası keçirilib

2022.05.02, 08:53
İranda işçilərin ümumölkə etiraz aksiyası keçirilib

Gunaz.tv

“İşçilər oyaqdı, öz haqqına dayaqdı”, “İş təhlükəsizliyi təmin olunmalıdır”, “Ayrı-seçkiliyə yox”, “İnflyasiya, bahalıq, xalqın bəlasıdır” və başqa bu kimi şüarlar səsləndirən etirazçılar hakim şəraitdən narazılıqlarını ifadə ediblər.

Polis və təhlükəsizlik məmurları etiraz aksiyalarının qarşısının almaq və narazıların dağıtmaq üçün hərəkətə keçib.

Çox sayda narazını saxlanıldığı, aksiya təşkilatçılardan olan Tehran Avtobus Sürücüləri Birliyinin fəal üzvü Həsən Səidini həbs edildiyi bildirilir.

Siyasi və Mədəni Məhbusların Müdafiəsi Kampaniyasının verdiyi məlumata görə, həbs olunanların kimliyi və harada saxlanıldıqları barədə məlumatlar dəqiqləşdirilir. 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar