SON XƏBƏRLƏR

İranda iki həftə əvvəl həbs edilən tələbə fəalı ETTELAAT idarəsində vəhşicəsinə döyülüb

2021.12.20, 13:47
İranda iki həftə əvvəl həbs edilən tələbə fəalı ETTELAAT idarəsində vəhşicəsinə döyülüb

Gunaz.tv

 İrandakı hüquq müdafiəçilərinin yaqydığı xəbərə görə bağırsaq xəstəliyindən əziyyət çəkən gənc fəal Şirazın ETTELAAT idarəsində dindirilərəkk zorakılığa məruz qalıb, təhdid edilib.

Yayılan son məlumata görə, Leyla Hüseynzadə aırıncı dəfə valideynləri ilə saxladığı telefon təmasında artıq Tehranın Evin zindanına köçürüldüyünü və hazırda həmin həbsxanada 209-cu korpusunda saxlanıldığını bəyan edib.

Bildirilir ki, fəal telefon təmasında xəstə olmasına baxmayaraq dava-dərmandan və zindanın tibbi xidmətindən də məhrum edildiyini açıqlayıb. 

Xatırladaq ki, Leyla Hüseynzadə dekabrın 7-də Şiraza səfəri zamanı ETTELAAT-ın 15 əməkdaşı tərəfindən həbs olunaraq naməlum istiqamətə aparılmışdı.

Universitetdə apardığı dinc fəaliyyətlərinə görə əvvəllər də bir neçə dəfə həbs edilən gənc tələbə fəalının vəkili Əmir Rəisiyan dekabrın 5-də mediaya açıqlamasında Tehran məhkəməsinin müvəkkilinə çıxardığı 5 il həbs qərarına Tehran Apellyasiya Məhkəməsində baxıldığını və həmin hökmün  qüvvədə saxlanılmasından xəbər vermişdi. 

Vəkil Əmir Rəisoyan  müvəkkilinin digər tələbə yoldaşları ilə “qanunsuz yığıncaqlar keçirməkdə, sistemə qarşı təbliğat aparmaqda və ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda günahlandırıldığını bildirib. 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar