SON XƏBƏRLƏR

İranda iki məhkum edam edilib

2022.11.17, 21:05
İranda iki məhkum edam edilib

Gunaz.tv

İran İnsan Haqları Təşkilatının verdiyi məlumata görə, Zahidan zindanında qətldə ittiham olunan İsmayıl Fəqirdad Zehi adlı məhkum edam edilib.

İnsan haqları təşkilatının verdiyi məlumata görə, Məşhəd şəhərinin Vəkilabad zindanında isə narkotik maddələrin alverində günahlandırılan Əmin Abil adlı başqa məhkum dar ağacından asılaraq həyatına son qoyulub.

İran Məhkəmə Sistemi və mediası edam barədə hər hansı bir açıqlama yaymayıb.

Qeyd edək ki, İran İnsan Hüquqları Təşkilatı 2021-ci il oktyabrın 10-dan 2022-ci il oktyabrın 7-dək ölkədə 528 nəfərin edam olunduğunu açıqlamışdı.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar