İranın rabitə və informasiya texnologiyaları naziri İsa Zarepur ölkədə internet xidmətinin məhdudlaşdırıldığını təsdiq edib.
O, bunu təhlükəsizlik qurumlarının məsləhəti və baş verən etiraz aksiyaları ilə bağlı olduğunu etiraf edib.
"Ölkədə internet ötürmə qabiliyyəti ümumilikdə azalmayıb, ancaq təhlükəsizlik orqanlarının qərarına görə, yəqin ki, internetə məhdudiyyətlər qoyulacaq"-deyə, nazir bildirib.
Qeyd edək ki, İranda baş verən kütləvi etiraz aksiyalarının fonunda bir sıra bölgələrdə internet və mobil telefon xidmətlərinin fəaliyyəti məhdudlaşdırılıb, bir neçə yerdə bu xidmətlər tamamilə dayandırılıb.
Cavidan