SON XƏBƏRLƏR

İranda intihar edənlərin sayı dünya üzrə orta göstəricini ötüb

2022.09.10, 08:17
İranda intihar edənlərin sayı dünya üzrə orta göstəricini ötüb

Gunaz.tv

İran intihar sayına görə İslam ölkələri arasında üçüncü, dünyada isə əlli səkkizinci yerdədir. 

Hər 100.000 nəfərdən 125-i intihara cəhd edir və onlardan 6-sı uğur qazanır. 

Həmçinin hər gün 13 nəfər intihar edir və 2020-ci ildən bu 13 nəfər 15 nəfərə çatıb. İranda intiharların orta göstəricisi 6, dünya üzrə isə 5,2-dir.

Məhkəmə ekspertizasının statistikasına görə intiharların əsas qurbanı gənclərdir və intiharların çoxu 15-35 yaş arasında baş verir.

Qeyd edək ki, xüsusilə son illər İranda intihar sayı kəskin artıb və bu bütün yaş qruplarına mənsub vətəndaşlar arasında özünü göstərir.

Məişət problemləri ilə yanaşı intihar sayının artmasında fərdi azadlıqların məhdudluğu, gələcəyə ümidsizlik və depressiv problemlərin çoxalması əhəmiyyətli dərəcədə rol oynayır.

Bir müddət bundan öncə İran Səhiyyə Nazirliyi və müstəqil psixoloqlar İran vətəndaşlarının ortalama  25-30 faizində psixoloji problemlərin olduğunu bildiriblər.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar