SON XƏBƏRLƏR

İranda jurnalistlərin həbsi davam edir- “Şərq”in reportyoru Nilufər Həmadi saxlanılıb

2022.09.22, 19:11
İranda jurnalistlərin həbsi davam edir- “Şərq”in reportyoru Nilufər Həmadi saxlanılıb

Gunaz.tv

Xəbəri “Şərq” qəzeti öz rəsmi tviter hesabında yayıb.

Yazıda qeyd olunub ki, qəzetin sosial qrupunun jurnalisti Nilufər Həmadi sentyabrın 22-i səhər saatlarında evində həbs edilib.

Nilufər Həmadinin vəkili Məhəmməd Əli Kamfiruzi onun həbsi ilə bağlı  durumu izlədiyini bildirib.

Eyni gündə jurnalistlər Əlirza Xoşbəxt və Ruhullah Nəxəi və islahatçı siyasi fəal Məhəmmədrza Cəlaipur da həbs edilib.

Bundan əvvəl fotoqraf Yəlda Miri də saxlanılıb.

Cavidan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar