İranda kürd siyasi məhbus gizlicə edam edilib

2020-06-11 12:14

İranda dörd ildən bu yana həbsdə saxlanılan kürd siyasi məhbus Hidayət Abdullapur gizlicə edam edilib.

Gunaz.tv Quote | Gunaz article

İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, kürd siyasi məhbusun valideynləri iyunun 10-da Urmiya Ədliyyə Təşkilatının hökmlərin icrası ilə bağlı şöbəyə müraciət etsələr də, onlara övladlarının 20 gün əvvəl edam edildiyi bildirilib.

 

Siyasi məhbusun valideynlərinin və vəkilinin xəbəri olmadan 20 gün əvvəl gizli şəkildə edam olunmasına baxmayaraq, onun meyiti ailəsinə təhvil verilmədən naməlum bir yerdə basdırılıb, harada dəfn edilməsi barədə valideynlərinə hər hansı bir məlumat da verilməyib.

 

Yayılan məlumata əsasən, Hidayət Abdullapur 2016-cı ilin iyun ayında Qərbi Azərbaycan əyalətinin Üşnəviyyə şəhərinin “Qara Saqqal” kəndində Kürdüstan Demokrat Partiyası yaraqlıları ilə “Sepah”ın “Həmzə” qərargahı qüvvələri arasında silahlı qarşıdurma yaranmasından və hər iki tərəfdən bir neçə nəfərin ölüb yaralanmasından sonra həbs edilmişdi. 

 

Bildirilir ki, həmin hadisə ilə bağlı Kürdüstan Demokrat Partiyasının daha 6 üzvü tutularaq, 10 ildən 25 ilə qədər həbsə məhkum edilsə də, Urmiya inqilab məhkəməsi Hidayət Abdullapuru “Allaha qarşı savaşda” günahlandıraraq edama məhkum etmişdi.

 

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İran Ermənistanın xeyrinə saxta xəbərlər yayır

2020-10-21

gun az article

İranda daha 312 nəfər koronavirusdan vəfat edib, 5616 yeni növ “Covid-19”a yoluxma faktı qeydə alınıb

2020-10-21

gun az article

Kelly Craft: “İran Orta Şərqdə sülh və təhlükəsizliyə qarşı ən böyük təhdiddir”

2020-10-21

gun az article

İsrail Suriyada İran yaraqlılarının mövqelərini bombardman edib

2020-10-21

gun az article

Daha 2 erməni polkovnik məhv edildi

2020-10-21

gun az article

Müdafiə Nazirliyi: Qoşunlarımız bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət edir

2020-10-21

gun az article

Cəbrayıl və Qubadlı istiqamətlərində Ermənistan silahlı qüvvələrinin bölmələri geri çəkilməyə məcbur edilib

2020-10-21

gun az article

İran rəsmisi: “Koronavirusdan ölənlərin gerçək statistikası rəsmi tribunalardan elan edilən rəqəmlərdən ikiqat yarımdan çoxdur”

2020-10-20

gun az article

Prezident İlham Əliyev: Zəngilan şəhəri və rayonun 6 kəndi, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndi işğaldan azad edilib

2020-10-20

gun az article

İranda daha 322 ölüm halı ilə koronavirusdan ölənlərin sayı 31 000 nəfəri ötüb

2020-10-20

gun az article

Amerika İran Gəmiçilik Şirkəti ilə əməkdaşlıq edən 6 Çin şirkətinə qarşı sanksiya qoyub

2020-10-20

gun az article

İranın Əlbürz əyalətində daha 27 nəfər koronavirusdan vəfat edib

2020-10-20

gun az article

Cəbhədə son vəziyyət: Düşmənin bir neçə zirehli texnikası, çox sayda canlı qüvvəsi məhv edilib

2020-10-20

gun az article

Müdafiə Nazirliyi: Düşmənin muzdlulardan ibarət dəstələri məhv edilib

2020-10-20

gun az article

Hikmət Hacıyev: Ermənistan bütün konvensiya və qanunları kobud şəkildə pozaraq Azərbaycan xalqına qarşı müharibə cinayətləri törətməkdə davam edir

2020-10-19

gun az article

Azərbaycan Prezidenti: Münaqişənin coğrafiyasını genişləndirmək istəyən Ermənistan çox yanlış yoldadır

2020-10-19

gun az article

“Qeyri-rəsmi məlumat və videoları yaymayın” - MN

2020-10-19

gun az article

Səid Xətibzadə: “Biz hər iki ölkəyə xəbərdarlıq emişik ki, İran ərazisinə qarşı hər hansı bir təcavüzə uyğun cavab veriləcək”

2020-10-19

gun az article

İranda daha 337 nəfər koronavirusdan vəfat edib, 4251 nəfər virusa yoluxub

2020-10-19

gun az article

Hikmət Hacıyev: Ermənistan silahlı qüvvələri humanitar atəşkəsin birinci günü Azərbaycanın 5 rayonuna 229 mərmi atıb

2020-10-19