İran Səhiyyə Nazirliyinin ictimaiyyətlə əlaqələr mərkəzinin yanvarın 25-də yaydığı məlumatına görə, bununla da İranda bu günədək koronavirusdan ölənlərin ümumi sayı 132 min 274 nəfərə, xəstəliyə yoluxanların ümumi sayı isə 6 milyon 267 min 559 nəfərə çatıb.
Nazirliyin bildirdiyinə görə, İranda indiyədək 6 milyon 85 min 73 nəfər xəstəlikdən tam sağalaraq evə buraxılıb.
Bildirilir ki, xəstəliyə yoluxan və vəziyyəti ağır olan 1 241 nəfər hazırda xüsusi rejimli xəstəxanaların intensiv terapiya şöbələrində müalicəsini davam etdirir.
İran Səhiyyə Nazirliyi sonda bildirib ki, İranda bu günə qədər koronavirus üçün 44 milyon 230 min 284 test aparılıb.
İranın tibb mərkəzlərindəki müstəqil mənbələr isə Səhiyyə Nazirliyinin gündəlik yaydığı rəsmi statistikasından fərqli olaraq, ölkədə gündəlik koronavirusdan ölənlərin və ona yoluxanların sayının ən azı üç dəfə çox olduğunu bildirirlər.
A.M