Məlumatda yoluxanlardan 1431 nəfərin xəstəxanalara yerləşdirildiyi, bununla da bu günə kimi yoluxma sayının 7 milyon 410 min 945 nəfərə çatdığı qeyd olunub.
Səhiyyə Nazirliyinin məlumatında son sutkada 74 koronovirus xəstəsinin öldüyü, bu günə kimi bu virusdan ölənlərin sayının 142 min 134 nəfərə çatdığı bildirilir.
Hazırda İranda 120 şəhərdə koronavirusun yenidən yayılmasına görə təhlükəli qırmızı vəziyyət, 112 şəhərdə orta təhlükəli narıncı vəziyyət, 166 şəhərdə isə az təhlükəli sarı vəziyyət elan edilib.
Timur