SON XƏBƏRLƏR

İranda koronavirusdan daha 124 nəfər ölüb, 4306 nəfər xəstəliyə yoluxub – RƏSMİ STATİSTİKA

2021.11.13, 13:54
İranda koronavirusdan daha 124 nəfər ölüb, 4306 nəfər xəstəliyə yoluxub – RƏSMİ STATİSTİKA

Gunaz.tv

İran Səhiyyə Nazirliyinin ictimaiyyətlə əlaqələr mərkəzinin bu gün yaydığı məlumatına görə, bununla da İranda bu günə qədər koronavirusdan ölənlərin ümumi sayı 128 min 42 nəfərə, xəstəliyə yoluxanların sayı isə 6 milyon 31 min 575 nəfərə çatıb.
 
Nazirliyin bildirdiyinə görə,  İranda indiyədək 5 milyon 683 min 458 nəfər xəstəlikdən tam sağalaraq evə buraxılıb.
 
Bildirilir ki,  xəstəliyə yoluxan və hazırda vəziyyəti ağır olan 3 min 533 nəfər xüsusi rejimli xəstəxanaların intensiv terapiya şöbələrində müalicəsini davam etdirir.
 
 İran Səhiyyə Nazirliyi sonda qeyd edib ki, İranda bu günə qədər koronavirus üçün 36 milyon 932 min 280 test aparılıb.

Yayılan məlumata əsasən, xəstəliyin geniş yayılması səbəbilə hazırda İranın 26 şəhəri qırmızı, 87 şəhəri narıncı, 222 şəhəri sarı, 113 şəhəri isə mavi vəziyyətdədir. 

İranın tibb mərkəzlərindəki müstəqil mənbələr isə Səhiyyə Nazirliyinin gündəlik yaydığı rəsmi statistikasından fərqli olaraq, ölkədə virusdan ölənlərin və ona yoluxanların sayının ən azı üç dəfə çox olduğunu bildirirlər.

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar