İran Səhiyyə Nazirliyinin ictimaiyyətlə əlaqələr mərkəzinin bu gün yaydığı məlumatına görə, bununla da İranda bu günədək koronavirusdan ölənlərin ümumi sayı 131 min 474 nəfərə, xəstəliyə yoluxanların sayı isə 6 milyon 188 min 857 nəfərə çatıb.
Bildirilir ki, İranda indiyədək 6 milyon 30 min 632 nəfər xəstəlikdən tam sağalaraq evə buraxılıb.
Nazirliyin bildirdiyinə görə, xəstəliyə yoluxan və hazırda vəziyyəti ağır olan 2 min 751 nəfər xüsusi rejimli xəstəxanaların intensiv terapiya şöbələrində müalicəsini davam etdirir.
İran Səhiyyə Nazirliyi sonda bildirib ki, İranda bu günə qədər koronavirus üçün 41 milyon 693 min 121 test aparılıb.
İranın tibb mərkəzlərindəki müstəqil mənbələr isə Səhiyyə Nazirliyinin gündəlik yaydığı rəsmi statistikasından fərqli olaraq, ölkədə gündəlik koronavirusdan ölənlərin və ona yoluxanların sayının ən azı üç dəfə çox olduğunu bildirirlər.
A.M