SON XƏBƏRLƏR

İranda koronavirusdan daha 96 nəfər ölüb, 4850 nəfər virusa yoluxub – RƏSMİ STATİSTİKA

2021.11.25, 14:26
İranda koronavirusdan daha 96 nəfər ölüb, 4850 nəfər virusa yoluxub – RƏSMİ STATİSTİKA

Gunaz.tv

İran Səhiyyə Nazirliyinin ictimaiyyətlə əlaqələr mərkəzinin bu gün (noyabrın 25-də) yaydığı məlumatına görə, bununla da İranda bu günə qədər koronavirusdan ölənlərin ümumi sayı 129 min 376 nəfərə, xəstəliyə yoluxanların sayı isə 6 milyon 97 min 672 nəfərə çatıb.
 
Nazirliyin bildirdiyinə görə,  İranda indiyədək 5 milyon 830 min 653 nəfər xəstəlikdən tam sağalaraq evə buraxılıb.
 
Bildirilir ki,  xəstəliyə yoluxan və hazırda vəziyyəti ağır olan 3 min 368 nəfər xüsusi rejimli xəstəxanaların intensiv terapiya şöbələrində müalicəsini davam etdirir.
 
 İran Səhiyyə Nazirliyi sonda qeyd edib ki, İranda bu günə qədər koronavirus üçün 38 milyon 219 min 247 test aparılıb.
Yayılan məlumata əsasən, xəstəliyin geniş yayılması səbəbilə hazırda İranın 8 şəhəri qırmızı, 58 şəhəri narıncı, 236 şəhəri sarı, 146 şəhəri isə mavi vəziyyətdədir. 

İranın tibb mərkəzlərindəki müstəqil mənbələr isə Səhiyyə Nazirliyinin gündəlik yaydığı rəsmi statistikasından fərqli olaraq, ölkədə koronavirus pandemiyasından ölənlərin və ona yoluxanların sayının ən azı üç dəfə çox olduğunu bildirirlər.

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar