SON XƏBƏRLƏR

İranda məktəbli qızların kütləvi zəhərlənməsi ilə bağlı etirazlar başlayıb

2023.03.05, 08:49
İranda məktəbli qızların kütləvi zəhərlənməsi ilə bağlı etirazlar başlayıb

Gunaz.tv

Bu barədə Reuters agentliyi məlumat yayıb.

Tehranda valideynlər Təhsil Nazirliyinin binası qarşısında aksiya keçiriblər. Daha sonra bu, hökumət əleyhinə nümayişə çevrilib. Oxşar aksiyalar paytaxtla yanaşı İsfahan və Rəştdə də keçirilib.

Qeyd edək ki, məktəbli qızlar ürəkbulanma və baş ağrılarından şikayətlənirlər.

Naməlum maddənin qurbanları arasında artıq yüzlərlə şagird var. İranın 31 vilayətindən azı 30 məktəbdə zəhərlənmə hallarının qeydə alındığı bildirilir. (apa)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar