İranda müəllim iqtisadi çətinliklər üzündən intihar edib

04.02.2022, 16:11

İranın Hormozqan əyalətinin Minab şəhərində biologiya müəllimi işləyən Mustafa Rəncbəran intihar edib.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə İran Müəllimlər Birliyinin sözçüsü Məhəmməd Həbibi cümə axşamı tvitter hesabında bildirib. Məlumata görə, Mustafa Rəncbəran iqtisadi təzyiqlərə dözmədiyi üçün intihar edib. Məhəmməd Həbibi bu olayı İran təhsil ictimaiyyəti üçün böyük faciə adlandırıb.

M.Həbibi müəllimlər, işçilər, təqaüdçülər və öyrəncilər arasında baş verən çox saylı intiharların davam etməsini sistemli qətl adlandırıb və İran hökuməti rəsmilərinin bu intiharlara görə məsuliyyət daşıdığını bildirib.

İran müəllimləri son aylarda dəfələrlə sinfi və iqtisadi durumlarına etiraz əlaməti olaraq oturaq aksiya keçirib, dərsləri dayandırıb və son olaraq yanvarın 31-də ölkənin 300 şəhərində ümumölkə etiraz mitinqlərinə əl atıblar.

Müəllimlərin etirazları ilə bağlı mediaya açıqlama verən İranın təhsil naziri Yusif Nuri isə təhsil işçilərinin qaldırdıqları məsələlərə toxunmadan etirazçı müəllimləri "iğtişaşçı" və "özbaşına" adlandırıb.

Qeyd edək ki, bir müddət bundan öncə İranda Qulamabbas Yəhyapur və Həsən Çinaranı adlı daha iki müəllim əmək haqlarının aşağı olduğu və iqtisadi çətinliklərə dözmədiklərini deyərək intihar ediblər.

C.E   
 

محمد حبیبی، سخنگوی هیئت‌مدیره کانون صنفی معلمان تهران به پلیس امنیت احضار  شد - شبکه رسانه ای بیان

Məhəmməd Həbibi

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

BMT-də İran və Ermənistan haqqında sərt sözlər – VİDEO

2023-03-25

gun az article

Prezident İlham Əliyev yunanıstanlı həmkarına təbrik məktubu göndərib

2023-03-25

gun az article

İranda uruc tutmayanların iş yerləri bağlanır

2023-03-25

gun az article

ABŞ senatoru: "İran neft emalı zavodları vurulsun"

2023-03-25

gun az article

İranda yol qəzalarında hər gün 40 nəfər həyatını itirir

2023-03-25

gun az article

Zahidanda nümayişlər keçirilib

2023-03-25

gun az article

Suriyada öldürülən İrana bağlı qüvvələrin sayı artdı

2023-03-25

gun az article

Sarqsyan: “Ermənistan hakimiyyətinin gücü onun həyasızlığındadır”

2023-03-25

gun az article

“Forbes”: “Rusiya Azərbaycan Ordusunun müharibə təcrübəsindən yararlana bilərdi”

2023-03-25

gun az article

Ukrayna kəşfiyyatı: “Rusiya vətəndaşları Krımdan çıxır”

2023-03-24

gun az article

Sülhməramlıların yerləşdiyi ərazimizdəki qanunsuz erməni silahlıları mövqelərimizi atəşə tutub

2023-03-24

gun az article

Britaniya Azərbaycan Ordusunun hərbçiləri üçün təlim keçib

2023-03-24

gun az article

Əli Xameneyinin istefasını tələb edən qadının ağır həbs cəzası təsdiq edildi

2023-03-24

gun az article

BMT nümayəndəsi Tehran rejiminə qarşı təzyiqlərin artırılmasını istədi

2023-03-24

gun az article

Son iki ildə İrana bağlı silahlılar onlar dəfə Amerika qüvvələrinə hücum ediblər

2023-03-24

gun az article

Suriyada İrana bağlı silahlılar öldürülüb

2023-03-24

gun az article

Brüsseldə Tehran müxalifləri etiraz aksiyası keçirib

2023-03-24

gun az article

SEPAH-ın daha bir komandanı sərhədimizə gəldi

2023-03-24

gun az article

İranda 5,6 gücündə zəlzələ olub

2023-03-24

gun az article

“ABŞ Qərb banklarının rus oliqarxları ilə əlaqələrini araşdıracaq”- “Bloomberg”

2023-03-24