SON XƏBƏRLƏR

İranda müəllimləri kütləvi etiraz aksiyası keçirilir

2022.04.21, 12:34
İranda müəllimləri kütləvi etiraz aksiyası keçirilir

Gunaz.tv

Bu aprelin 21-də Güney Azərbaycan şəhərləridə daxil olmaqla İranın onlarla şəhərində müəllimlərin kütləvi etiraz aksiyası başlayıb.

Onlar hüquqlarının pozulması, müəllimlərin natamam təsnifatlandırılması qanununun icra olunmaması, fəal müəllimlərin davamlı və sistematik şəkildə həbsinə etiraz edərək, hazırda çalışan və təqaüdə çıxmış müəllimlərin maaşlarının artırılmasını, onlar arasında hüquq bərabərliyini tətbiq edilməsini istəyirlər.

Etiraz aksiyaları bu gün səhər saatlarında Tehranda Təhsil Nazirliyinin və ölkənin digər şəhərlərində təhsil idarələrinin binaları önündə keçirlməyə başlayıb.

Müəllimlərin vəzifə bölgüsü qaydası ötən il verilən vədlərə baxmayaraq, icra edilməyib və təhsil idarələrinin rəsmiləri əsasnamənin bu il hazırlanacağını və may ayında hökumət tərəfindən təsdiqlənə biləcəyini iddia ediblər.

Etiraz edən müəllimlər, habelə təhsildə inhisarçılıq siyasətinə son qoymağa çağırıb, bu siyasətin təhsildən kənarda qalan və işləyən uşaqların sayının artması və sosial böhranın yayılması ilə nəticələndiyini vurğulayıblar.

Qeyd edək ki, son aylar müəllimlər və təhsil işçilərinin etiraz aksiyalarının genişlənməsi ilə eyni vaxtda İran hökumətinin təhlükəsizlik qurumları etirazların qarşısını almaq, müəllimləri susdurmaq üçün çox sayda insana qondarma ittiham irəli sürərək onları basqı altında saxlamağa çalışır.  

Timur

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar