SON XƏBƏRLƏR

İranda müəllimlərin kütləvi etiraz aksiyaları keçirilib

2022.06.16, 10:02
İranda müəllimlərin kütləvi etiraz aksiyaları keçirilib

Gunaz.tv

Qeyd edək ki, iyunun 9-da İran Mədəniyyət Təşkilatlarının Koordinasiya Şurası həbs edilən müəllimlərin azadlığa buraxılması tələbi ilə etiraz aksiyası keçirməyə çağırış edib.

Əsas şüarların “siyasi müəllimlərə azadlıq”, “müəllimin yeri zindan deyil” olduğu aksiyalar bir sıra şəhərlərdə polis və xüsusi təyinatlı qüvvələrin şiddətli müdaxiləsi ilə qarşılaşıb.

İnsan haqları təşkilatlarının verdiyi məlumatlara görə, aksiya başlamadan öncə bir sıra fəallar təhlükəsizlik məmurları tərəfindən öz evlərində tutularaq naməlum yerə aparılıb, aksiya zamanı isə onlarla müəllim həbs edilib.

Yayılan məlumatlarda Güney Azərbaycanın Zəngan, Ərdəbil, Həmədan, Miyana və başqa şəhərlərində mədəniyyət və təhsil işçilərinin etiraz aksiyaları keçirdikləri və başqa şəhərlərdəki etirazçılarla həmrəylik göstərdikləri bildirilir. 

Qeyd edək ki, bundan öncə aksiya ilə bağlı yayılan çağırışda müəllimlər həmkarlarının azadlığa buraxılmadığı təqdirdə aksiyaların davamlı olacağı barədə xəbərdarlıq etmişdilər.

"Uca səslə bir daha bildiririk ki, məhbus müəllimlərin azadlığa buraxılması ilə bağlı son xəbərdarlığımızı edir, onların sərbəst buraxılmayacağı təqdirdə etiraz aksiyalarının davamlı keçiriləcəyini bildiririk"-deyə, iyunun 9-da yayılan çağırışda bildirilib. 

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar