SON XƏBƏRLƏR

İranda dəhşət: Məmurlar etirazçının ayaqlarını qırıb

2022.08.08, 05:55
İranda dəhşət: Məmurlar etirazçının ayaqlarını qırıb

Gunaz.tv

Hadisə ilə bağlı video-görüntülər yayılıb. Görüntülərdən aydın olur ki, məmurların onu həbs etmək üçün evinə basqın etdiyini bilən siyasi fəal öz evinin damına çıxaraq "Xameneiyiyə ölüm" şüarı səsləndirib.

Siyasi fəalın evinin damına çıxan hökumət məmurları onu oradan yerə atır, hər iki ayağı qırılan və hərəkət edə bilməyən fəalı ölümcül döyürlər.

Sosial media fəalları Əhmədrza Axundi adlı fəalın durumunun ağır olduğunu, Buşehr şəhərinin "Xəlic fars" xəstəxanasına yerləşdirildiyini yazıblar.

Fallar bir müddət öncə bahalıq və inflyasiyaya qarşı Buşehrdə geniş etiraz aksiyalarının baş verməsindən sonra mülki geyimli məmurların sayının çoxaldıldığını və hər yerə nəzarət etdiyini bildirirlər.

Timur
 

Hadisənin videosunun linki: https://irankargar.com/%d9%81%db%8c%d9%84%d9%85-%d8%af%d8%b3%d8%aa%da%af%db%8c%d8%b1%db%8c-%d9%88%d8%ad%d8%b4%db%8c%d8%a7%d9%86%d9%87-%db%8c%da%a9-%d8%b2%d9%86%d8%af%d8%a7%d9%86%db%8c-%d8%b3%db%8c%d8%a7%d8%b3%db%8c/

 

 

 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar