SON XƏBƏRLƏR

İranda “Omikron” ştammına yoluxanların sayı 8-ə çatıb

2021.12.22, 16:12
İranda “Omikron” ştammına yoluxanların sayı 8-ə çatıb

Gunaz.tv

Bu barədə İran səhiyyə nazirinin müavini Kamal Heydəri bu gün mediaya açıqlamasında məlumat yayıb.

O deyib ki, ölkədə virusun mutasiyaya uğramış “Omikron” variantına yoluxma hallarının artacağı əvvəlcədən gözlənilirdi.

“İndiyə qədər virusun “Omikron” ştammına yoluxma hallarından 7-si Tehranda 1-i isə Məşhəddə aşkarlacnıb. 

Ümumdünya Səhiyyə Təşkilatının bildirdiyinə görə, yaxın iki ay ərzində “Omikron” ştammı dünyada dominant virusa çevriləcək. 

Hazırda “Omikron” ştammının yayılmasının qarşısını almaq üçün lazımi tədbirlər görülüb, tibb mərkəzləri isə hazır vəziyyətə gətirilib”, -deyə İran səhiyyə nazirinin müavini Kamal Heydəri bildirib.

Xatırladaq ki, Kamal Heydəri dekabrın 19-da ölkədə “Omikron” ştammına ilk yoluxma halının aşkarlandığından xəbər vermişdi.

“Koronavirusun yeni ştammına ilk yoluxma halı Birləşmiş Ərəb Əmirliklərindən ölkəyə qayıdan 50 yaşlı bir Tehran sakinində aşkarlanıb. Həmin şəxs və onun ailə üzvləri dərhal karantinə alınıb”, -deyə Kamal Heydəri qeyd etmişdi.

A.M 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar