SON XƏBƏRLƏR

İranda minlərlə tibb bacısı işdən çıxarılıb

2022.06.04, 06:40
İranda minlərlə tibb bacısı işdən çıxarılıb

Gunaz.tv

Bu barədə İran Səhiyyə Nazirliyinin rəsmisi Məhəmməd Mirzabeygi mediaya verdiyi açıqlamada bildirib.

Onun sözlərinə görə, koronavirus pandemiyasının səngiməsindən keçən qısa müddət ərzində ölkədə 5 min tibb bacısı idən uzaqlaşdırılıb.

O, bunu pandemiya dönəmində tibb bacılarının müvəqqəti müqavilələrlə işə götürülməsi, indi onlara ehtiyacın olmamaması ilə əlaqələndirib.

Mirzabeygi bununla yanaşı hal-hazırda ölkə xəstəxanalarında 100 min tibb bacısına ehtiyac olduğunu qeyd edib.

Bundan qısa müddət öncə Məhəmməd Mirzabeygi ölkədə tibb bacısı çatışmazlığı olduğunu bildirib.

Qeyd edib ki, əmək təhlükəsizliyi ilə bağlı təminatın olmaması və əmək haqlarının azlığı  üzündən hər ay ortalama 150-200 tibb bacısı ölkəni tərk edir. 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar