SON XƏBƏRLƏR

İranda ümumölkə etirazlarında ölənlərin və həbs olunanların yeni statistikası açıqlanıb

2022.10.29, 06:45
İranda ümumölkə etirazlarında ölənlərin və həbs olunanların yeni statistikası açıqlanıb

Gunaz.tv

İran İnsan Haqları Təşkilatı oktyabrın 29-a yaydığı məlumatda 17 sentyabrdan 28 oktyabr axşam saatlarına kimi İranda davam edən etiraz nümayişlərində 39-u uşaq, 19-u qadın olmaqla 272 nəfərin hökumət məmurları tərəfindən öldürüldüyünü bildirib.

Bununla yanaşı məlumatda 13993 nəfərin saxlanıldığı və onlardan 1053-nin kimliyi və harada saxlanıldığının dəqiqləşdirildiyi qeyd edilib.

Məlumatda oktyabrın 27 və 28-i tarixlərində İrandakı ümumölkə nümayişlərində 4-u qadın olmaqla 16 nəfərin güllələnərək öldürüldüyünü yazıb.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar