SON XƏBƏRLƏR

İranda 3 məhkum edam edilib

2022.12.26, 14:58
İranda 3 məhkum edam edilib

Gunaz.tv

İranın Sistan və Bəluçistan əyalətinin İranşəhr şəhərində və tehran zindanında 3 məhkum edam edilib.Nizaməddin Burhanzehi, Məlik Burhanzehi və hələlik kimliyi müəyyən edilə bilməyən başqa bir məhkum adam öldürməkdə ittiham olunduqları üçün dar ağacından asılaraq öldürülüblər.

İran məhkəmə sistemi və mediası edamlar barədə hər hansı məlumat yaymayıb.

Qeyd edək ki, İran İnsan Hüquqları Təşkilatı 2021-ci il oktyabrın 10-dan 2022-ci il oktyabrın 7-dək ölkədə 528 nəfərin edam olunduğunu açıqlamışdı.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar