SON XƏBƏRLƏR

İranda universitetə buraxılmayan öyrəncilərə dəstək aksiyaları keçirilir

2022.10.31, 11:49
İranda universitetə buraxılmayan öyrəncilərə dəstək aksiyaları keçirilir

Gunaz.tv

Səhər saatlarından Tehranın bir neçə universitetində başlayan etirazlar, tətil və oturaq aksiyaları günorta saatlarına qədər başqa şəhərlərin də ali məktəblərinə yayılıb.

"Azadlıq, azadlıq", "neçə illik cinayət, məhv olsun bu velayət", "bizim qanımızla Məhsanı öldürmədiyinizi yazdınız", "qadın, həyat, azadlıq"  və başqa etiraz məzmunlu şüarlar səsləndirən öyrəncilər universitetlərdə təhlükəsizlik güclərinin yerləşdirilməsi, öyrəncilərin susdurulması, ali məktəblərdən qovulması və həbs edilmələrinə etirazlarını bildiriblər.

Təbriz Universitetinin öyrənciləri də aksiyalara qoşularaq oxşar istəklərlə aksiya keçirib, molekulyar hüceyrə biologiyası öyrəncisi, təbrizli Armita Pavirin həbs edilməsinə etiraz ediblər.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar