SON XƏBƏRLƏR

İranda noyabrın 24-ü gecə saatlarında nümayişlər davam edib

2022.11.25, 13:39
İranda noyabrın 24-ü gecə saatlarında nümayişlər davam edib

Gunaz.tv

Yerli sosial media fəalları və xarici medianın verdiyi məlumatda noyabrın 24-dən 25-ə keçən gecə başda Tehran olmaqla müxtəlif şəhərlərdə xalq etirazları davam edib.

Urmiyə, Qəzvin, Məşhəd, İsfahan, Sənəndəc, Kərəc, Həmədan kimi böyük şəhərlərdə baş tutan nümayişlərdə hökumətin son günlər xüsusilə güclənən repressiyaları pisləyiblər.

Onlar tətil aksiyaları keçirdikləri üçün daha çox təzyiqlərlə üzləşən şəhərlərin əhalisinə dəstəklərini ifadə ediblər.

Nümayişlər zamanı hökumət məmurları ilə etirazçılart arasında yaranan qarşıdurmalarda onlarla vətəndaşın həbs edildiyi, bəzilərinin yaralandığı bildirilir.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar