SON XƏBƏRLƏR

İranda oktyabrın 12-i gecə saatlarında kütləvi nümayişlər davam edib

2022.10.13, 08:43
İranda oktyabrın 12-i gecə saatlarında kütləvi nümayişlər davam edib

Gunaz.tv

Oktyabrın 13-ü səhər saatlarına kimi davam edən nümayişlər zamanı bir neçə şəhərdə, özəlliklə Kirmanşahda hökumət qüvvələri ilə etirazçılar arasında şiddətli qarşıdurma baş verib.

İran İnsan Haqları Təşkilatı yaydığı məlumatda hökumət qüvvələrinin Kirmanşahın Dərədij bölgəsini mühasirəyə aldığını yazıb və şəhərdə insan faciəsinin yaşanacağı barədə xəbərdarlıq edib.

Təşkilat çox sayda insanın güllələndiyini, ölü və yaralı sayı barədə hələlik dəqiq məlumat əldə etmənin mümkün olmadığını bildirib.

Bununla yanaşı Tehranın Təcriş bölgəsində də qarşıdurmaların baş verdiyi bildirilir.

lumata görə, SEPAH və xüsusi təyinatlı qüvvələr xəsttəxanaların qarşısına toplaşıb, bəzən içəri girərək ora gətirilən yaralıların siyahısını tutublar.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar