SON XƏBƏRLƏR

İranda Molla rejiminin süqutu baş verəcəkmi? - Güneyli fəaldan açıqlama

2022.11.06, 15:07
İranda Molla rejiminin süqutu baş verəcəkmi? - Güneyli fəaldan açıqlama

Gunaz.tv

İranın Bəlucistan və Sistan bölgəsində etirazçılar və təhlükəsizlik qüvvələr arasında baş verən qanlı toqquşmalar gündəmdə xüsusi yer alır. 

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, Bəlucların etirazlarını yatırmaq üçün silahdan və digər vasitələrdən istifadə olunub. Nəticədə xeyli sayda dinc sakin yaralanıb və həlak olub. 
 
İranda Molla rejiminin süqutu baş verəcəkmi?
 
Savalan Araşdırmalar Mərkəzinin rəhbəri Sadiq İsabəyli Ednews-a açıqlaması zamanı qeyd edib ki, rejimin qeyri-fars millətlərinə qarşı repressiyaları  və qəddar davranışları heç bir halda müsbət nəticə verməyəcək. 

Sadiq İsabəyli: Təşkilatlar üzvlərini şəffaf prinsiplər əsasında  çalışdırmalıdır [Audio-Müsahibə]

Onun sözlərinə görə, hazırki proseslər azərbaycanlıları, kürdləri, bəlucları və digər millətləri milli istiqlaliyyət uğrunda mübarizəyə sövq edir. 
 
“Bəlucistanda dinc nümayişçilərə qarşı açılan atəş ciddi bir hadisədir. Dünən bu bölgədə yerli sakinlər arasında kifayyət qədər tanınmış din xadimi - Mövləvi Əbdülhəmid cümə namazından sonra çıxışında rejimə ciddi xəbərdarlıq edib. O, nümayişçiləri rejim tərəfindən öldürülən insanların qanını yerdə qoymamağa çağırıb. 

Mövləvi açıq şəkildə bildirib ki, silahlar və güllərdən istifadə bəlucların qəzəbini və cəsarətini yatıra bilməyəcək. Həqiqətən, fars mərkəzli hakimiyyətin bəluc millətinə zülmü və zalımlığı qəbuledilməzdir. Bildiyimiz kimi, bu bölgədə yaşayan əhalinin əksəriyyəti sünni məzhəblidir. 

Bəluclara həm din, həm də irqi baxımdan ayrı-seçkilik edilir. 

Onlar da bu rejimin amansız və murdar siyasətinə dözümlü yanaşmaq istəmirlər”.  
 
Sadiq İsabəyli, həmçinin bildirib ki, İran İslam Respublikasının konstitusiyasında  bəlucların siyasi və iqtisadi hüquqları məhdudlaşdırılıb.  
 
“Məsələn, bəluc millətinə məxsus olan şəxs ölkənin prezidentliyinə nəinki namizədliyini irəli sürə bilməz, hətta dövlət rəhbərliyində hər hansı vəzifə tutmaq səlahiyyəti yoxdur. Bunun əsas səbəbi onların sünni olması ilə bağlıdır.  İslam cümhurriyəti bu ayrı-seçkiliyi illər ərzində davam etdirir. 

Eyni zamanda mərkəzi hakimiyyət Bəlucistanda yeraltı sərvətləri talan edir, yerli əhalinin sosial güzaranını və gündəlik həyatını bərbad vəziyyətə salıb. Bəluclar, həqiqətən acınacaqlı durumdadırlar. 

Bütün bunları nəzərdən keçirərkən görürük  ki, Bəluclar fars millətçiliyindən və rejimin iyrənc siyasətindən cana doyublar. Onlar artıq kütləvi nümayişlər keçirərək öz milli,mədəni və dini azadlıqlarını tələb edirlər.  Digər qeyri-fars millətləri də onlara dəstək verməyə hazırdır”. 
 
Sonda S.İsabəyli əlavə edib ki, İranın coğrafiyasında yaşayan millətlər, xüsusilə azərbaycan türkləri, kürdlər, ərəblər və bəluclar öz milli-mədəni hüquqları və azadlıqları ilə bağlı tələblər irəli sürməlidirlər. 
 
“Cənubi Azərbaycanda “Azadlıq, ədalət və milli hökumət”, “millətlərə istiqlal” və “qadınlara azadlıq” şüaları artıq daima səsləndirilir. Bu şüarlar öz azadlığı uğurunda mübarizə aparan digər qeyri-fars millətlərinə də təsir edir. Əlbəttə, mərkəzi hakimiyyət millətlərin etirazlarının yerli və dünya mediasına çıxmasına imkan vermir.  

Bu prosesləri gizlətməyə çalışırlar. Amma görünən budur ki, rejim etirazların dalğası qarşısında tab gətirəb bilməyəcək. Etirazlar bu şəkildə davam edəcək”.

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar