Bu barədə İranın Qızıl Aypara Cəmiyyəti açıqlama yayıb.
Bildirilib ki, hadisə Abadan şəhərinin Tehlençi Əmiri rayonunda baş verib.
Binanın çökdüyü əraziyə 4 xilasetmə heyəti cəlb olunub.
Məlumata görə, 1 nəfər ölüb, 4 nəfər yaralanıb.
Dəyən ziyan və hadisənin başvermə səbəbi ilə bağlı məlumat yayılmayıb.
Ayxan