SON XƏBƏRLƏR

İranda prezident seçkilərinə namizəd tanınmış siyasi fəal həbs edildi

2022.07.09, 04:20
İranda prezident seçkilərinə namizəd tanınmış siyasi fəal həbs edildi

Gunaz.tv

Onun həbsinin İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat bölməsinin əməkdaşalrı tərəfindən həyata keçirildiyi deyilir.

İranın keçmiş prezidenti Məhəmməd Xatəmi dövründə daxili işlər nazirinin müavini olan Taczadənin həbsi barədə xəbəri İranın rəsmi dövlət mediası təsdiqləyib.

İranın yarım rəsmi "Mehr" xəbər agentliyi Mustafa Taczadənin həbsinin "ölkənin milli təhlükəsizliyinə qarşı əlbir olmaq" və "yalan məlumat yaymaqla ictimai rəyi çaşdırmaq" ittihamları əsasında baş verdiyini yazıb.

Siyasi fəalın həyat yoldaşı Fəxrülsadat Möhtəşəmipur həbslə bağlı yaydığı qısa video müraciətdə Mustafa Taczadənin başına gələ biləcək bütün hadisələr üçün birbaşa Əli Xameneyinin məsuliyyət daşıyacağını deyib.

Qeyd edək ki, Mustafa Taczadə İranda Əli Xameneyini sərt tənqid edən tanınmış şəxslərdən biridir.

O, 2009-cu ildə İranda keçirilən qalmaqallı prezident seçkilərində həbs olunaraq 7 il zindana salınmışdı.

Taczadə zindandan Əli Xameneyiyə yazdığı açıq məktubda onu sərt tənqid etmiş, ölkədə baş verən çatışmazlıqlara və cinayətlərə görə, onun şəxsən məsuliyyət daşıdığını yazmışdı.

Cavidan   
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar