SON XƏBƏRLƏR

İranda qaşqay fəal Hamid Qaşqayi həbs edilib

2022.11.16, 10:18
İranda qaşqay fəal Hamid Qaşqayi həbs edilib

Gunaz.tv

Qaşqay fəalların verdiyi məlumata görə, Fars əyalətinin Firuzabad şəhərindən olan mədəni mədəni fəal Hamid Qaşqayi Şiraz şəhərində saxlanılaraq naməlum yerə aparılıb.

Noyabrın 10-da İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən həbs edilən fəalın nədə ittiham olunduğu və harada saxlanıldığı barədə heç bir məlumat verilmədiyi biıdirilir.

İranın Kohgiluyə və Böyirəhməd, İsfahan, Fars, Xuzistan və Buşehr əyalətlərində yaşayan qaşqay türklərinin torpaqları “Qaşqay yurd” adı ilə tanınır.

Saylarının ortalama 3 milyon olduğu bildirilən qaşqayların bir qismi yüksək dağlıq ərazilərdə yaşayırlar və daha çox maldarlıq və toxuculuqla məşğul olurlar. 

Cavidan 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar