SON XƏBƏRLƏR

İranda quraqlıq əhalinin məcburi köçünə səbəb olacaq

2022.04.21, 10:46
İranda quraqlıq əhalinin məcburi köçünə səbəb olacaq

Gunaz.tv

“İran Milli Quraqlıq Mərkəzi”nin rəhbəri Əhəd Vəzifə ölkədə neçə ildir davam edən quraqlıq barədə danışıb və iqlim dəyişikliyi ilə əlaqədar xüsusilə İranın cənub və cənub-şərq, mərkəzi bölgələrində yaşayan əhalinin məcburi miqrasiyasının başladığını elan edib.

“Quraqlıq quraq və susuz ərazilərin sakinlərinin ölkənin şimal və mülayim bölgələrinə miqrasiyasına səbəb olur”-deyə, Vəzifə bildirib.

O, qurumuş göllərin sahəsi və ya çay kənarı kimi bir vaxtlar suyu olan, indi yumşaq torpaq teksturasına malik olan ərazilərdə daha yavaş küləklərin belə geniş ərazidə toz fırtınalarına səbəb olduğunu. bu səbəbdən qeyd olunan bölgə əhalisinində miqrasiyasının baş tuta biləcəyi barədə xəbərdarlıq edib.

Son 50 ildə İranda ciddi iqlim dəyişikliyinin baş verdiyini deyən Əhəd Vəzifə yay fəslinin uzun, qış sezonunun isə isti keçməsi nəticəsində ölkənin əksər bölgələrində ekoloji problemlərin və quraqlığın yarandığını söyləyib.

“Hal-hazırda İranın cənub , cənub-şərq və mərkəzi çöllərindən bol suyu olan şimal bölgələrinə köçünün başlanmasının şahidiyik”-deyə, “İran Milli Quraqlıq Mərkəzi”nin rəhbəri bunun dahada çoxalacağı barədə xəbərdarlıq edib. 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar