SON XƏBƏRLƏR

“Rejim dəyişməyənə qədər İran dünyanı təhdid edəcək"-Con Bolton

2022.06.15, 06:51
“Rejim dəyişməyənə qədər İran dünyanı təhdid edəcək"-Con Bolton

Gunaz.tv

O, İran ilə İsrail arasında müharibə ehtimalının artacağı barədə xəbərdarlıq edib.

"Bayden hökuməti danışıqlara qayıtsa, böyük səhv edəcək, çünki İsrail özünü təhlükə hiss edəcək və İranla İsrail arasında proksi-müharibənin real savaşa çevrilməsi ehtimalı artacaq.

 İran təhlükəsi ilə bağlı regionda vəziyyət çox ciddi həddə çatıb, ancaq mən qısa müddətdə Yaxın Şərqdə tammiqyaslı müharibənin olacağını düşünmürəm "-deyə, o bildirib.

Amerikanın keçmiş milli təhlükəsizlik müşaviri İranla Amerika arasında ciddi müharibə təhlükəsinin olmadığını və bunun olacağı təqdirdə İranın intihara cəhdi olacağını deyib.

Nüvə danışıqlarının bərpası ehtimalının çox aşağı olduğunu deyən Bolton Vyana danışıqlarının uğursuz olacağı halda, bir tərəfdən İsrail və ya başqalarını İranın nüvə proqramını dayandırmaq üçün gizli və ya aşkar hərəkətə keçə biləcəyini, digər tərəfdən, İrana qarşı sanksiyaların artacağını söyləyib.

İran xarici işlər nazirinin Amerika hökumətinin MAQATE-nin Qəyyumlar Şurasının qətnaməsinin əhəmiyyətsiz olduğuna dair İranı arxayın salması ilə bağlı sözlərinə reaksiya verən Con Bolton, qlobal təhlükəsizliyi qorumaq üçün beynəlxalq səylərə zərbə vurduğu üçün Amerika hökumətindəki bu daxili mənbənin Tehrana nə vaxt və nə dərəcədə fayda verdiyinin müəyyən edilməsinin vacibliyini deyib.

Amerikanın keçmiş milli təhlükəsizlik müşaviri vurğulayıb ki, İranda rejim dəyişməyənə qədər İslam Respublikasının dünyanı təhdid etmək planı davam edəcək.

“40 illik molla hakimiyyətinə görə İranın güclü müxalifəti yoxdur, ancaq İslam Respublikası devrilərsə, İran xalqı seçki keçirməklə öz talei barədə qərar verə biləcək”-deyə, Bolton fikrini sonlandırıb. 

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar