SON XƏBƏRLƏR

ETTELAAT Türkiyədə yaşayan siyasi qaçqını oğurlayıb

2022.06.06, 04:13
ETTELAAT Türkiyədə yaşayan siyasi qaçqını oğurlayıb

Gunaz.tv

“Deyli sabah” qəzetinin qaçqının ailəsinə istinadən yaydığı xəbərə görə, mayın 30-da Ankarada evdən çörək almaq üçün çıxan Muradi bir daha qayıtmayıb.

Həmin saatdan onunla əlaqə saxlamaq mümkün olmayıb.

Atası Möhsün Muradi mediaya verdiyi açıqlamada oğlunun ETTELAAT-ın izlədiyi şəxslər sırasında olduğunu bildirib.

“Hüriyyət” qəzeti də məsələ ilə bağlı yaydığı məlumatda Məhəmmədbaqir Muradinin İran tərəfindən oğurlandığını və onun ailəsinin bu barədə məhkəməyə baş vurduqlarını qeyd edib.

Qeyd edək ki, bundan öncə İranın Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinə bağlı şəxs və qrupların Türkiyədə çox sayda müxalif qaçqının oğurlanaraq İrana aparılması və ya öldürülməsi barədə məlumatlar yayılıb.

Son vaxtlar Türkiyənin Milli İstihbarat Təşkilatı(MİT) İran kəşfiyyatına bağlı 16 nəfərlik cinayətkar dəstəni zərərsizləşdirib.

Onlar müxtəlif sahələrdə İran xeyrinə casusluq etməklə yanaşı Türkiyədə yaşayan iranlı qaçqınların oğurlanaraq gizli yollarla İrana aparılmalarında, habelə Türkiyədə yaşayan İran hökumətinə müxalif olan şəxslərin öldürülmsində ittiham olunurlar.

Cavidan  
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar