SON XƏBƏRLƏR

İranda ərzaq qiyamı davam edir

2022.05.15, 04:20
İranda ərzaq qiyamı davam edir

Gunaz.tv

Bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Etirazlar əsasən ölkənin şimalındakı Rəşt şəhəri, mərkəzdə yerləşən Farsan şəhəri və şimal-şərqdəki Neyşabur şəhərində baş verib.

Etirazlara ötən həftə idxal olunan buğdaya dövlət subsidiyalarının kəsilməsi səbəb olub. Bu qərar un məmulatlarının qiymətinin 300%-ə qədər artması ilə nəticələnib. İran hökuməti yağ və süd məhsulları kimi əsas malların qiymətlərini də qaldırıb.

İranlı deputat Əhməd Avai ILNA xəbər agentliyinə bildirib ki, Dezful şəhərində mitinqlər zamanı bir nəfər ölüb. (modern.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar