SON XƏBƏRLƏR

İranda səhiyyə işçilərinin tətil aksiyası keçirilir

2022.12.19, 08:00
İranda səhiyyə işçilərinin tətil aksiyası keçirilir

Gunaz.tv

Həkimlər və səhiyyə işçləri gənc həkim Ayda Rüstəminin təhlükəsizlik məmurları tərəfindən öldürülməsinə etiraz əlaməti olaraq işi dayandıracaqlarını qeyd ediblər.

Xatırladaq ki, əslən  İranın Türkmənsəhra mahalının türkmənlərindən olan gənc həkim Ayda Rüstəmi dekabrın 12-də təhlükəsizlik məmurları tərəfindən oğurlanaraq öldürülüb və bir neçə gün sonra meyiti ailəsinə təhvil verilən həkim dekabrın 7-də dəfn edilib.

Qeyd edək i, İranda etiraz aksiyaları başlayandan bu günə kimi Ayda Rüstəmidən başqa daha iki türk həkim, zəncanlı Pərisa Bəhməni noyabrın 4-də Tehranda, məlikanlı Aylar Həqqi isə noyabrın 16-da Təbrizdə hökumət məmurları tərəfindən güllələnərək öldürülüblər.

Timur

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar