SON XƏBƏRLƏR

Sünni məzhəbindən olan kürd alim İran prezidentinin müşaviri təyin edilib

2021.10.20, 07:36
Sünni məzhəbindən olan kürd alim İran prezidentinin müşaviri təyin edilib

Gunaz.tv

Kürdüstanın sünni dini alimlərindən olan və bundan əvvəl həmin əyalətdə müxtəlif vəzifələrdə çalışan Ə.Kərimi etniklər və dini azlıqlarla iş üzrə çalışacaq.


Əbdülsəlam Kərimi bu posta təyin edildikdən sonra mediaya açıqlamasında İbrahim Rəisi hökumətinin ölkədəki etniklər və dini azlıqlar məsələsinə yanaşma tərzinə və onun bu sahədə yürüdəcəyi siyasətinə toxunub.


“Ayətullah Rəisi mənə deyib ki, bizim ölkədə şiə, sünni, kürd, türk və fars deyə bir problemimiz yoxdur və hamımız birik və bərabərik.  


Mən isə hesab edirəm ki, biz güclü bir İranı qurmaq və onu gücləndirmək üçün hammız yekdil olmalı və birlikdə çalışmalıyıq”, -deyə Əbdülsəlam Kərimi bildirib. 

ماموستا کریمی مشاور رئیس‌جمهور در امور اقلیت‌های مذهبی شد

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar