SON XƏBƏRLƏR

İranda sərnişin təyyarəsi təcili eniş edib

2022.09.08, 10:38
İranda sərnişin təyyarəsi təcili eniş edib

Gunaz.tv

Təyyarə yerə enib və sərnişinlərin xəsarət almadan təxliyə olunduqları bildirilir.

Qeyd edək ki, iyulun 25-də Zaqros Hava Yollarının direktoru Əbdülrza Musəvi, İranın aviasiya sənayesində mövcud olan problemlərlə bağlı ölkədəki 333 sərnişin təyyarəsinin 50 faizindən çoxunun uçuşdan çıxarıldığını deyib.

Aviaşirkətlər Assosiasiyasının direktorlar şurasının sədr müavini Alirza Bərxor 2021-ci ilin payızında verdiyi açıqlamada bildirmişdi ki, mövcud təyyarələrin 170-dən çoxu "lazımi maliyyə resurslarının yoxluğu və sanksiyalardan dolayı lazımi hissələri təmin etməyin mümkün olmamaması səbəbindən istifadəsiz qalıb.

"İranın hava yolları iflas ərəfəsindədir və süni tənəffüslə ayaqda saxlanılıb"-deyə, o bildirmişdi.

Ekspertlərin fikrincə, İranın hava donanmasının yenidən qurulması üçün ən azı 400 yeni təyyarə lazımdır, ancaq ölkənin iqtisadi vəziyyəti, hökumətin yanlış siyasəti və nüvə proqramlarının yaratdığı iqtisadi sanksiyalar bu donanmanın yenidən qurulması və modernləşdirilməsinə mane olub.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar