SON XƏBƏRLƏR

İranda silahlı qarşıdurmada yaralanan daha bir SEPAH zabiti öldü

2022.04.01, 10:12
İranda silahlı qarşıdurmada yaralanan daha bir SEPAH zabiti öldü

Gunaz.tv

Bu barədə İranın Buşehr əyalətinin Polis İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsi məlumat yayıb.

Qeyd edək ki. üç gün öncə Buşehr əyalətinin Günavə limanında silahlı qarşıdurmada minik avtomobilini saxlayan İran İnqilabı Keşikçiləri Korpusunun iki hərbçisi güllələnib.

Leytenant Seyid Nəvid Musəvi yerindəcə ölüb,  baş leytenant Cəlil Drazənin isə ağır yaralı şəkildə xəstəxanaya çatdırılıb.

Buşehr əyalətinin rəsmiləri silahlıların hadisə yerindən qaçdıqlarını və onların saxlanılması üçün axtarış əməliyyatlarının başlanıldığını deyib.  

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar