SON XƏBƏRLƏR

İranda siyasi məhbusa işgəncə verilib

2022.04.30, 11:27
İranda siyasi məhbusa işgəncə verilib

Gunaz.tv

İran İnsan Haqları Təşkilatının yaydığı  məlumata görə, ona işgəncə verilib.

İki uşaq anası olan 43 yaşlı xanım məhkumun uzun müddətdir zindanda qeyri-müəyyən vəziyyətdə saxlanılır, xəstə olmasına baxmayaraq müalicəsinə imkan verilmir.

Leyla Çegini 6 mart tarixində Kərəc şəhərindəki şəxsi mənzilindən çıxarkən təhlükəsizlik məmurları tərəfindən “hökumətə qarşı təbliğat” ittihamı ilə saxlanılıb.

O, saxlanıldıqdan sonra Sari şəhərinə göndərilib və 20 gün müddətinə təhlükəsizlik təcridxanasında işgəncə edilib və dindirildikdən sonra Noşəhr zindanına köçürülüb.

İnsan Haqları Təşkilatı ağır xəstə olan siyasi məhbusun həyatının təhlükədə olduğunu bildirib və beynəlxalq insan haqları müdafiəçilərini onun azadlığa buraxılması ilə bağlı İran hökumətinə təzyiq göstərməyə çağırıb. 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar