Hesabata görə, yalnız iyulun 23-də İranın müxtəlif zindanlarında 11 nəfər dar ağacından asılıb.
İnsan haqları təşkilatları rəsmilərin verdiyi məlumatlara istinadən edam edilənlərin əsasən narkotik alverçiləri və adam öldürməkdə ittiham olunan məhkumlar olduğunu yazıblar.
Qeyd edək ki, İran İnsan Haqları Təşkilatı iyulun 1-də yaydığı son hesabatında bu ilin birinci yarısında İranın müxtəlif zindanlarında 251 ölüm hökmünün icra edildiyini bildirib.
Ötən ilin eyni dövründə 117 edam hökmünün həyata keçirildiyinə diqqət çəkən təşkilat ölkədə edam cəzalarının kəskin artmasından narahatlıq ifadə edib.
Timur