SON XƏBƏRLƏR

İranda stadionlara giriş qadağan edildi

2022.05.16, 03:37
İranda stadionlara giriş qadağan edildi

Gunaz.tv

Məlumatda qərarın Daxili İşlər Nazirliyinin koronavirusun yayılmasının qarşısının alınması ilə bağlı çağırışına əsasən verildiyi qeyd olunub.

Ancaq yeni qərarın hökumətin mayın 6-dan ərzaq qıtlığı və bahalığa qarşı başlayan etiraz aksiyalarından qorxduğu ilə bağlı olduğu bildirilir.

Bundan bir neçə ay öncə gündəlik koronavirus qurbanlarının sayının 3 rəqəmli olduğu halda stadionlara girişə icazə verilmişdi.

Hal-hazırda ölüm sayının bir rəqəmli olduğu halda koronavirusun yayılmasının qarşısının alınmasına görə belə qərarın qəbul edilməsi inandırıcı görünmür. 

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar