SON XƏBƏRLƏR

İranda tələbə fəalı Leyla Hüseynzadə həbs edilib

2021.12.09, 12:40
İranda tələbə fəalı Leyla Hüseynzadə həbs edilib

Gunaz.tv

İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə görə, ETTELAAT-ın 15 mülki geyimli əməkdaşı Leyla Hüseynzadəni dekabrın 7-də Şiraza səfəri zamanı yolda tutub naməlum istiqamətə aparıblar.

Yayılan məlumata əsasən, universitetdə apardığı dinc fəaliyyətlərinə görə əvvəllər də bir neçə dəfə həbs edilən gənc tələbə fəalının vəkili Əmir Rəisiyan dekabrın 5-də mediaya açıqlamasında Tehran məhkəməsinin müvəkkilinə çıxardığı 5 il həbs qərarına Tehran Apellyasiya Məhkəməsində baxıldığını və həmin hökmün  qüvvədə saxladığından xəbər vermişdi. 

Vəkil Əmir Rəisoyan bildirib ki, müvəkkili Leyla Hüseynzadə digər tələbə yoldaşları ilə “qanunsuz yığıncaqlar keçirməklə”, sistemə qarşı təbliğat aparmaqda və ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda günahlandırılaraq, Tehran məhkəməsi tərəfindən 5 il həbsə məhkum edilib.

Həbs edilən dinc tələbə fəalı Leyla Hüseynzadənin hazırda harada saxlanılması barədə hələlik hər hansı bir məlumat yoxdur. 

A.M 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar