SON XƏBƏRLƏR

İranda təqaüdçülər etiraz aksiyaları keçiriblər

2023.02.27, 14:20
İranda təqaüdçülər etiraz aksiyaları keçiriblər

Gunaz.tv

Şuştər, Əhvaz, Tehran, İsfahan və başqa şəhərlərdə keçirilən aksiyalarda hökumətin təqaüdçülərə qarşı siyasəti pislənilib.

İnflyasiya və bahalığın yüksək səviyyəyə çatdığını deyən etirazçılar yerlərdə Əmək və Sosial Rifah İdarələrinin qarşısına toplaşıblar.

"Suriyanı burax bizi düşün", "yalançı Rəisi verdiyin vədlərin hanı" və başqa bu kimi şüarlar səsləndirən təqaüdçülər hakimiyyət tərəfindən aldadıldıqlarını bildiriblər.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar