SON XƏBƏRLƏR

İran prezidentinin müavininin fikirləri etiraz doğurdu

2022.07.06, 09:54
İran prezidentinin müavininin fikirləri etiraz doğurdu

Gunaz.tv

Bu barədə sosial media fəalları xəbər yayıb.

Məlumata görə, Əhvaz, Kirman, Durud, İsfahan, Şuştər və başqa şəhərlərdə minlərlə təqaüdçü Əmək və Sosial Rifah idarələri, əyalət valiliklərinin qarşısına toplaşıb.

Etirazçılar İran prezidentinin müavini Məhəmməd Müxbirin onları təhqir etdiyini, ləyaqətlərini aşağıladıqlarını bildirirlər.

Qeyd edək ki, Məhəmməd Müxbirin Nazirlər Kabinetinin toplantısında təqaüdçülərin yalnız istehlakçı olduğunu deyib.

Bildirib ki, onlara ödənişlərin artırılmasın yersizdir.

Bundan öncə olduğu kimi etirazçılar maaş və pensiyaların aşağı olmasından, əlavə sığorta problemlərindən və həyat şəraitinin pis olmasından şikayətlənib, inflyasiya ilə onların təqaüdlərinin uyğun olmadığını söyləyiblər.

Narazı təqaüdçülər İran prezidenti İbrahim Rəisi, İran parlamentinin başçısı Məhəmmədbaqir Qalibaf və başqa hökumət rəsmilərinə qarşı şüarlar səsləndirib, onları yarıtmazlıq və ləyaqətsizlikdə ittiham ediblər.

Cavidan
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar