SON XƏBƏRLƏR

İranda türk adlarına qadağa-Volkan kimlik vəsiqəsi ala bilmir

2023.02.16, 10:10
İranda türk adlarına qadağa-Volkan kimlik vəsiqəsi ala bilmir

Gunaz.tv

Volkan Azərmiradın ailəsi övladlarının dekabr ayında dünyaya gəlməsinə baxmayaraq, bu müddət ərzində ona türkcə ad seçdiklərinə görə şəxsiyyət vəsiqəsi ala bilmədiklərini bildirirlər.

Qeyd edək ki, bu, İranda ilk hal deyil. Dəfələrlə valideynlər övladlarına türk mənşəli ad qoyduqları üçün kimlik vəsiqəsi ala bilmədiklərini bildiriblər.

 İran Qeydiyyat İdarəsinin azərbaycanlı uşaqlara türk adlarına görə kimlik vəsiqəsi verməməsi valideynlərin etirazları ilə qarşılanır və onlar məsələni sosial mediada ictimailəşdirməyə məcbur olurlar. 

Bundan öncə güneyli hüquqşünas və Şərqi Azərbaycan Vəkillər Kollegiyasının İnsan Haqları Komissiyasının sədr müavini Sina Yusifi İran Qeydiyyat İdarəsinin türk adlarına qarşı tətbiq etdiyi qadağalarla bağlı paylaşım edib.

“Bu günlər İran Qeydiyyat İdarəsinin azərbaycanlı uşaqlara türk adlarının qoyulmasını qadağan etməsi və sənədləşdirməməsi o qədər çoxalıb ki, hər gün onlarla insan Qeydiyyat İdarəsində şikayət verirt. Bu, güc, polis və güllə hesabına insanların ilkin hüquqlarını pozmaqdır”-deyə, vəkil yazıb.

İnsan haqları sahəsində fəaliyyət göstərən "Ərk"-Azərbaycan Cəmiyyəti məsələ ilə bağlı  Beynəlxalq İnsan Hüquqları Müşahidəçiləri, İrqçiliyə Qarşı Komitə, Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Komitəsi və başqa beynəlxalq təşkilatlara şikayət və hesabatlar göndərib.

Bu hesabatda "İran İslam Respublikası tərəfindən türklərə qarşı insan ləyaqətinin davamlı təhqir olunması" da vurğulanıb. 

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar