SON XƏBƏRLƏR

İranda türkmən həkim təhlükəsizlik məmurları tərəfindən öldürülüb

2022.12.18, 10:30
İranda türkmən həkim təhlükəsizlik məmurları tərəfindən öldürülüb

Gunaz.tv

O, dekabrın 12-də işdən çıxdıqdan sonra yoxa çıxıb.

Polis onun meyitini iki gün sonra ailəsinə təhvil verərək avtomobil qəzasında öldüyünü, daha sonra isə özünü körpüdən ataraq intihar etdiyini iddia edib.

Ayda Rüstəmiyə məxsus çanta, şəxsi əşyalar və mobil telefonunun ailəsinə verilmədiyi, ailənin məsələni ictimailəşdirməməsi ilə bağlı təhdid edildiyi bildirilir.

İnsan haqları müdafiəçiləri şahidlərin dediklərinə əsasən dekabrın 17-də dəfn edilən türkmən xanımın işdən çıxdıqdan sonra təhlükəsizlik məmurları tərəfindən oğurlandığını və döyülərək öldürüldüyünü deyirlər.(Axar.az)

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar