SON XƏBƏRLƏR

İranda türkmənlərlə sistanlılar arasında silahlı qarşıdurma olub

2022.04.30, 09:07
İranda türkmənlərlə sistanlılar arasında silahlı qarşıdurma olub

Gunaz.tv

Yerli sosial media fəallarının verdiyi məlumata görə, silahlı qarşıdurma nəticəsində bir neçə nəfər yaralanıb.

Bölgə fərmandarı hadisə yerində olsa da, məsələnin dinc yollarla həlli üçün heç bir tədbir görülməyib.

Bəluç fəalların xəbər orqanı “Halvəş”in yazdığına görə silahlı atışma zamanı ölənlər olub. Ölənlərin kimliyi hələ bəlli deyil.

Rəsmi məlumatlarda hadisənin əkin sahələri və su uğrunda baş verdiyi qeyd olunub.

Qeyd edək ki, İranda təbii sərvətlərin yanlış idarə edilməsi, yarıtmaz siyasət və digər neqativ hallara görə ölkənin ekologiyasında ciddi problemlər yaranıb. 

Artıq bir neçə ildir ki, İranın bir çox bölgələrində su problemi səbəbindən rejimə qarşı mitinqlər keçirilir.  

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar